Azərbaycan Premyer Liqasının ən məhsuldar debütantı Coy-Lens Mikelsdir.
Apasport.az saytının məlumatına görə, çempionatda bu mövsüm debüt edən “Sabah”ın legioneri arxada qalan 12 turda 5 qola imza atıb.
Debütant-bombardirlər cədvəlində liderin izləyiciləri hərəyə 4 dəfə fərqlənib. “Qəbələ”nin üzvü İsnik Alimi və “Neftçi”nin hücumçusu Tiaqo Bezerra liderdən bir top geri qalır.
İlk “beşliy”i hərəyə üç qola sevinən cütlük qapayır. “Neftçi”dən Ramon Maçado, “Zirə”dən Loris Broqno buna nail olub.
Debütant-bombardirlər
1. Coy-Lens Mikels - 5
2-3. İsnik Alimi - 4
2-3. Tiaqo Bezerra - 4
4-5. Ramon Maçado - 3
4-5. Loris Broqno - 3