Azərbaycandakı uğurunu Ukraynada təkrarlamaq istəyir - Yuri Maksimov
20.12.2019 - 10:33
Azərbaycandakı uğurunu Ukraynada təkrarlamaq istəyir - Yuri Maksimov

“Kubokla bağlı xoş xatirələrim var”.

Apasport.az saytının məlumatına görə, bunu Ukraynanın “Vorskla” klubunun baş məşqçisi Yuri Maksimov deyib.

Ölkə kubokunda mübarizə aparan Poltava təmsilçisinin çalışdırıcısı bu yarış barədə xatirələrini bölüşüb. O, vaxtilə Azərbaycanda “Keşlə” ilə qazandığı uğuru da yada salıb: “Futbolçu kimi “Dinamo” və “Verder”in heyətində müvafiq olaraq Ukrayna və Almaniya kubokunu qazanmışam. Artıq məşqçi olandan sonra isə “Keşlə” ilə Azərbaycan kubokunun qalibi olmuşam. Niyə də “Vorskla” ilə zirvəyə yüksəlməyə cəhd etməyək”.

Qeyd edək ki, “Keşlə” 2017/18 mövsümündə Yuri Maksimovun rəhbərliyi altında Azərbaycan kubokunu qazanıb.
 

0
Yuri Maksimov Keşlə Azərbaycan kuboku