21 yaşadək futbolçulardan ibarət Xorvatiya millisinin heyəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, AVRO-2023-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan balkanlılar oktyabrdakı qarşılaşmalara 24 oyunçu ilə hazırlaşacaq.
İqor Biscanın yetirmələri ayın 8-də Norveç, 12-də Azərbaycanla qarşılaşacaq. Mütəxəssis bu görüşlərə 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 6 hücumçu çağırıb.
Qapıçılar: Dominik Kotarski (Qoritsa), İvor Pandur (Verona), Nikola Çavlina (Dinamo);
Müdafiəçilər: Boşko Şutalo (Verona), David Çolina (Hayduk), Bartol Franjiç (Dinamo), Mario Vuşkoviç (Hambuq), Kreşimir Krizmaniç (Qoritsa), Yosip Şutalo (Dinamo), Hrvoye Smolçiç (Riyeka), Nikola Soldo (Lokomotiva);
Yarımmüdafiəçilər: Yuritsa Prşir (Qoritsa), Luka Suşiç (Zalsburq), Martin Baturina (Dinamo), Marko Bulat (Dinamo), Ante Palaversa (Kortriyk), Niko Rak (Şibenik), Yakov-Anton Vasilj (Dinamo);
Hücumçular: Antonio Marin (Şibenik), Stipe Biuk (Hayduk), Denis Buşnya (Riyeka), Lukas Kaçavenda (Lokomotiva), Marin Lyubiçiç (Hayduk), Roko Şimiç (Liferinq).
Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu Sumqayıtda keçiriləcək.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər