Azərbaycanla oyun üçün heyətini açıqladı - Lüksemburq
05.11.2020 - 14:11
Azərbaycanla oyun üçün heyətini açıqladı - Lüksemburq

Lüksemburq yığmasının yoldaşlıq görüşündə Avstriya (11 noyabr), Millətlər Liqasında isə Kipr (14 noyabr) və Azərbaycanla (17 noyabr) keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Lük Holts C liqasının son matçlarında xidmətindən yararlanacağı oyunçuların siyahısını açıqlayıb.

51 yaşlı mütəxəssis ümumilikdə 23 nəfərə dəvət göndərib.

Qapıçılar: Tim Kips, Anthoni Moris, Ralf Şon
Müdafiəçilər: Dirk Karlson, Lars Gerson, Laoren Yans, Seid Koraç, Enes Mahmutoviç, Marvin Martens, Mika Pinto, Vahid Selimoviç
Yarımmüdafiəçilər: Leandro Barreyro, Florian Bohnert, Matias Olesen, Timote Rupil, Danel Sinani, Aldin Skenderoviç, Sebastien Till, Vinsen Till
Hücumçular: Stefano Bensi, Mauritse Devill, Edvin Muratoviç, Gerson Rodriges

Qeyd edək ki, yığmamız qrupda son matçını səfərdə məhz Lüksemburqa qarşı keçirəcək. Canni de Byazinin yetirmələri bundan əvvəl Sloveniya ilə (11 noyabr) yoldaşlıq görüşündə, Monteneqro ilə Millətlər Liqası görüşündə (14 noyabr) üz-üzə gələcək.

0