DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan İrlandiya yığması itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Ceyson Knayt uzun müddətə sıradan çıxıb.
20 yaşlı orta sahə oyunçusu klubu “Derbi”nin heyətində topuğundan xəsarət alıb. Komandanın baş məşqçisi Ueyn Runi futbolçunun təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Bu isə o deməkdir ki, Knayt DÇ-2022-nin seçmə mərhələsində sentyabrdakı oyunları buraxacaq.
Qeyd edək ki, sentyabrın 1-də qrup çərçivəsində Portuqaliyanın qonağı olacaq İrlandiya yığması həmin ayın 4-də Azərbaycanı, 7-də isə Serbiyanı qəbul edəcək.