Azərbaycanlı futbolçu 1 illik diskvalifikasiya olundu
25.02.2022 - 14:47
Azərbaycanlı futbolçu 1 illik diskvalifikasiya olundu

Azərbaycan çempionatlarının son oyunlarında yaşanmış xoşagəlməz hallarla bağlı AFFA İntizam Komitəsinin qərarları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, komitə bir sıra sərt cəzalarla diqqət çəkib.

Futzal üzrə Azərbaycan kubokunun “Bibi Heybət” – “Star Karqo-2” oyunu bitdikdən sonra ikincilərin məşqçisi Anar Məmmədov hakimlər komitəsini və Futzal Federasiyasını təhqir etməsi, eyni zamanda hədə-qorxu gəlməsi səbəbindən 15 oyunluq cəzalandırılıb.

Yüksək Qızlar Liqasının UGİM-lə (Naftalan) oyununda “Xırdalan City”nin futbolçusu Leyla Gondolova isə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra səbəb olduğu hadisələrə görə 12 aylıq yarışlardan kənarlaşdırılıb.