Azərbaycanlı hakim dünya çempionatının finalında
01.12.2019 - 15:24
Azərbaycanlı hakim dünya çempionatının finalında

Bu gün çimərlik futbolu üzrə dünya çempionatına yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, Paraqvayda keçirilən dünya çempionatının final oyunu baş tutacaq.

Həlledici qarşılaşmada İtaliya və Portuqaliya üz-üzə gələcək. Azərbaycanlı FİFA referisi İnqilab Məmmədov bu oyunun hakimi olacaq.

0
hakim dünya çempionatı İnqilab Məmmədov