B seriyasında oynayacaq komandanı seçməsinə aydınlıq gətirdi - Buffon
05.08.2021 - 17:36
“Karyeramda ikinci dəfə B seriyasına qayıdıram”.
Apasport.az saytının məlumatına görə, bunu “Parma”nın qapıçısı Canluici Buffon deyib.
İtaliya yığmasının sabiq qolkiperi B seriyasında oynayacaq komandanı seçməsinə aydınlıq gətirib: “Mən orada 28 yaşımda, dünyanın ən yaxşı qapıçısı olduğum vaxt oynamışam. Niyə bunu 43 yaşında etdim? 2006-cı ildə “Yuventus”u seçdim, bu dəfə isə “Parma”nı. Mən həvəskarlar liqasında da oynaya bilərdim. Mənim üçün dəyərlər dəyişməyəcəkdi”.
Qeyd edək ki, Buffon 2006/07 mövsümündə “Yuventus”la B seriyasının çempionu olub.
0
0