Bakıda boş dayanmır – Maykl Essyen
17.03.2020 - 09:05
“Səbail”in futbolçusu Maykl Essyen koronavirus pandemiyası üzündən Azərbaycan çempionatının təxirə salınmasından lazımınca yararlanır.
Apasport.az saytının məlumatına görə, özünü evdə xəstəlikdən qoruyan qanalı yarımmüdafiəçi məşqlərini də davam etdirir.
Veteran oyunçu ciddi fittnes rejiminə əməl edir, məşqlərlə fiziki formasını yüksəltməyə çalışır. 28 yaşlı orta sahə oyunçusu fərdi məşqlər edərək, bunu instaqram səhifəsi vasitəsilə paylaşıb.
Qeyd edək ki, Maykl Essyenin “Səbail”lə müqavilə müddəti bu ilin yayına qədərdir.
0
0