Balotelli Premyer Liqaya qayıdır?
20.01.2022 - 00:16
Balotelli Premyer Liqaya qayıdır?

“Adana Dəmirspor”un hücumçusu Mario Balotelli İngiltərəyə qayıda bilər.

Apasport.az saytının məlumatına görə, “Nyukasl” 31 yaşlı forvardın xidmətində maraqlıdır.

Premyer Liqa təmsilçisi İtaliya millisinin sabiq üzvü ilə əlaqə saxlayaraq, onunla ilkin danışıq da aparıb. Ulduz futbolçunun Premyer Liqada oynamaq təcrübəsi var. Çünki o, “Liverpul” və “Mançester Siti”də çıxış edib.

Qeyd edək ki, Matio Balotelli cari mövsüm Türkiyə Super Liqasında keçirdiyi 18 oyunda 7 qol vurub.