"Neftçi" hücumçusu Baqali Dabo haqda qərarını açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, "Qarabağ" formasında video çəkdirən fransalı hücumçunun davranışı ciddi şəkildə nəzarətə götürülüb və o, cərimələnib: "Neftçi” ailəsinə qarşı bu cür hörmətsizliyi qəbuledilməz hesab edərək, ötən gün ərzində məsələ ilə bağlı intizam dinləməsi keçirib və futbolçuya davranışına görə öz mövqeyini bildirmək imkanı yaradıb. Aparılan müvafiq müzakirələrdən sonra heç bir əsaslandırma olmadığına görə artıq futbolçuya qarşı maliyyə sanksiyasını tətbiq etmək haqqında qərar qəbul olunub".
Bəyanatda o da vurğulanıb ki, Dabo müqavilə müddətinin sonuna qədər əsas komandada yer almayacaq: "Məşqçilər korpusunun rəyi əsasında, futbolçu təxirə salınan futbol mövsümünün qalan hissəsi üçün komandanın planlarına daxil olmadığına görə, qüvvədə olan müqavilənin başa çatdığı günə – 30 iyun 2020-ci il tarixinə qədər fərdi məşqlərlə kifayətlənəcək".