"Çelsi"nin baş məşqçisi Frenk Lempard qapıçı Kepa Arrizabalaqanın çıxışından məmnun deyil.
Apasport.az saytının məlumatına görə, çalışdırıcı bu üzdən Premyer Liqanın "Lester"lə son oyununda onu ehtiyatda saxlayıb.
Gənc mütəxəssis ispaniyalı qolkiperin yayda satılmasının tərəfdarıdır. Hətta qapı xətti üçün "Bernli"dən Nik Poul və ya "Kristal Pelas"dan Visente Quaytanın alınmasını istəyir. Lakin London klubunun rəhbərliyi baş məşqçi ilə bu məsələdə razılaşmır. Onlar Kepanın 80 milyon avroya transfer edildiyini xatırladıb və onun satılmayacağını bəyan ediblər.
"Zadəganlar"ın direktoru Marina Qranovskaya baş məşqçi ilə qapıçı arasında yaranan soyuqluğu aradan qaldırmağa çalışır.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı