“Mahir Emrelinin avrokuboklardan fərqli çempionatda susqun olmasının səbəbini demək çətindir. “Lex”lə görüşdə qol imkanları oldu. İkinci hissədə onlardan birindən istifadə edə bilsəydi, yəqin ki, indi bu sualı özümüzə verməzdik”.
Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Polşa Ekstraklasasının XI turunda “Lex”lə keçirilən oyundan sonra Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxışı barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra 24 yaşlı forvardın performansından məmnun qalmadığını etiraf edib: “Yaxşı və ya pis oynadığını söyləmək doğru olmaz. Fasilədə ona dedim ki, daha fəal olsun, “Lex”in mərkəz müdafiəçilərinin sağında və solunda yaranan boşluqlardan yararlansın. İkinci hissədə daha intensiv oynamağa başladı. İkinci hissədə qol vura bilsəydi, yəqin ki, fərqli tonda danışardıq. Mahir qol vurmalıdır, bunun üçün onu məsuliyyətə cəlb edirik. Əks təqdirdə, performansından razı qala bilməz”.
Qeyd edək ki, Mahir Emreli matçın 65-ci dəqiqəsində əvəzlənib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər