Baş məşqçi futbolçuları “həbs etdi”
31.10.2021 - 18:13
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri maraqlı qərarla diqqət çəkib.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis futbolçuların evlərinə getməsinə icazə verməyib.
O, komandanın son vaxtlar uğursuz çıxışı səbəbindən bu addımı atıb. “Qoca sinyora”da oyunçular noyabrın 6-na qədər klubun bazasında məskunlaşacaq, oradakı oteldən kənara çıxa bilməyəcəklər. Uğursuz nəticələr davam edərsə, bu “həbs” müddəti uzadıla bilər.
Qeyd edək ki, A seriyasının XI turu çərçivəsində dünən “Verona”ya (1:2) məğlub olan “Yuventus” hazırda 15 xalla 9-cu pillədə qərarlaşır.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0