“Yuventus”un prezidenti Andrea Anyelli baş məşqçi Mauritsio Sarri ilə görüşüb.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisinin A seriyasının XXIII turunda “Verona”ya məğlub olması (1:2) klub rəhbərliyinin narazılığı ilə qarşılanıb.
Anyelli ilə Sarri görüş zamanı məğlubiyyətin səbəblərini təhlil edib, komanda daxilindəki problemləri müzakirə ediblər. Klub prezidentinin uğursuzluq davam edəcəyi təqdirdə, baş məşqçi dəyişikliyinə əl atacağı və sabiq çalışdırıcı Massimiliano Alleqrini qaytaracağı bildirilib.
Qeyd edək ki, A seriyasında “Yuventus” və “İnter” 54 xalla birinci yeri bölüşürlər.