"Breşiya"nın baş məşqçisi Eucenio Korini istefaya göndərilib.
Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi onu cari mövsüm ikinci dəfə bu vəzifədən qovub.
Korini birinci dəfə ötən ilin noyabrında istefaya göndərilmiş, bu posta Fabio Qrosso gətirilmişdi. Lakin cəmi 1 ay sonra 50 yaşlı mütəxəssis geri qaytarılmışdı. Uğursuz nəticələr bir-birini əvəz edincə rəhbərlik bu gün onun istefasını açıqlayıb.
Qeyd edək ki, "Breşiya"nın baş məşqçi postuna namizədlər Canni De Byazi, Çezare Prandelli, Luici Di Byaco və Dieqo Lopesdir. Adıçəkilən mütəxəssislərdən ilk 3-ü Azərbaycan millisinə də namizəddir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı