Baş məşqçisi ilə vidalaşdı - “Şaxtyor”
12.05.2021 - 17:34
Baş məşqçisi ilə vidalaşdı - “Şaxtyor”

Ukraynanın “Şaxtyor” klubu baş məşqçisi ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, Luiş Kaştru Donetsk təmsilçisinin “sükanı arxası”nı tərk edib.

59 yaşlı mütəxəssis komandada çalışdığı müddətdə ölkə çempionluğu qazanıb və Avropa Liqasının yarımfinalına qədər irəliləyib. Onun rəhbərliyi altında 84 matçda 51 qələbə qazanan “Şaxtyor” 16 heç-heçə edib və 17 dəfə uduzub. Cari mövsümdə isə komanda Premyer Liqada 2-ci yeri tutub.

Qeyd edək ki, portuqaliyalı mütəxəssisi hazırda “Sassuolo”nu çalışdıran italiyalı Roberto de Dzerbinin əvəzləyəcəyi gözlənilir.
 

0