Baş məşqçisini göndərdi - Üç məğlubiyyətdən sonra
14.09.2021 - 12:01
İtaliyanın “Verona” klubu baş məşqçisi Eusebio di Françeskonu istefaya göndərib.
Apasport.az saytının məlumatına görə, buna A seriyasının startındakı uğursuzluq səbəb olub.
İlk üç turda uduzan veronalılar baş məşqçi ilə vidalaşmağa qərar verib. İyunda komandanın “sükanı arxası”na keçən mütəxəssis postunda 3 ay qalıb.
Qeyd edək ki, “Verona” turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.
0
0