Baş məşqçisini göndərir – “Fiorentina”
03.11.2020 - 17:23

İtaliyanın “Fiorentina” klubunda baş məşqçi dəyişikliyi gerçəkləşəcək.
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, A seriyası təmsilçisi Cüzeppe Yakini ilə yollarını ayıracaq.
Bu, növbəti turun “Parma” ilə qarşılaşmasınadək reallaşacaq. “Bənövşəyilər”in rəhbərliyi A seriyasında mövsümə uğursuz startdan narazıdır. 6 turdan sonra “Fiorentina” 11-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Yakinini əvəzləməyə əsas namizəd Luçano Spallettidir.
0
0