Başa çatmayan oyunun keçiriləcəyi vaxt açıqlandı
26.02.2020 - 13:17
Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Marafon” – “Araz” oyununun keçirilmə tarixi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, hakimlərin düzgün olmayan qərarı əsasında başa çatmayan XV turun qarşılaşması martın 2-də baş tutacaq.
Oyun “Olimpik Star”da keçiriləcək. Matçın start fiti saat 14:00-da veriləcək.
Qeyd edək ki, keçirdiyi 15 oyunun hamısında qələbə qazanan “Araz” 1-ci, hesabında 36 xal olan “Marafon” 3-cü pillədə qərarlaşıb.
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
0
0