Bədavi Hüseynovun durumuna aydınlıq gəldi
31.03.2022 - 14:36
Bədavi Hüseynovun durumuna aydınlıq gəldi

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynovun durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin heyətində zədələnən müdafiəçi MRT-dən (Maqnit Rezonans Tomoqrafiyasından) keçib.

Aparılan müayinədən sonra 31 yaşlı mərkəz müdafiəçisində 1-ci dərəcəli əzələ dartılması aşkarlanıb. Müayinəyə əsasən, Hüseynov 10-14 gün məşqlərdən kənar qalacaq.

Bu isə o deməkdir ki, futbolçu Premyer Liqanın qarşıdakı turlarında “Səbail” (2 aprel) və “Sumqayıt”la (10 aprel) oyunları buraxacaq.