Bekhemin komandası ulduz transferlərinə hazırlaşır
05.02.2020 - 00:06
Bekhemin komandası ulduz transferlərinə hazırlaşır

Əfsanəvi ingiltərəli futbolçu Devid Bekhemin sahibi olduğu "İnter Mayami" ulduz transferlərinə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, bu ildən MLS-də çıxış edəcək klub yayda bir neçə tanınmış futbolçu ilə heyətini gücləndirməyi planlaşdırır.

Komandanın "sükanı arxası"na Dieqo Alonsonu gətirən rəhbərlik ilk olaraq "Real"la müqavilə müddəti gələn ilin yayına qədər olan Luka Modriç və mövsümün sonunda azad agent statusu daşıyacaq Edinson Kavani üçün hərəkətə gəlib. MLS-də yeni mövsüm martda başlasa da, "İnter Mayami" adıçəkilən futbolçuları yalnız yayda heyətinə qata bilər.

Qeyd edək ki, "İnter Mayami" ilk oyununu martın 2-də "Los Anceles"ə qarşı keçirəcək.