Çempionlar Liqasının 1/8 final mərhələsinin hazırda davam edən “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) oyunu meydan sahiblərinin hücumçusu Kərim Benzema üçün xüsusi əhəmiyyət daşıyır.
Apasport.az saytının məlumatına görə, fransalı futbolçu Madrid klubunun heyətində 100-cü dəfə Çempionlar Liqası matçına çıxıb.
32 yaşlı forvard bu müddətdə 52 qol vurub. O, komandasının tarixində 6-cı oyunçudur ki, qitənin ən nüfuzlu klub turnirində 100 və daha çox matç keçirib.
Rekord isə İker Kasilyasa məxsusdur – 150 oyun. Raul 130, Serxio Ramos 124, Roberto Karlos 107, Kriştianu Ronaldo 101 belə qarşılaşmada iştirak edib. Portuqaliyalı əfsanənin bir addımlığında olan Benzema artıq cavab oyununda sabiq komanda yoldaşına çata bilər.
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA