Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real” – PSJ oyunundan sonra Kərim Benzema ilə Kilian Mbappe arasında söhbət baş tutub.
Apasport.az saytının məlumatına görə, fransalı ulduzlar stadionun boş otaqlarından birinə çəkilərək 15 dəqiqə danışıblar.
Soyunub-geyinmə otaqlarının yaxınlığında baş tutan bu uzun dialoqun təfərrüatı bəlli deyil. Lakin onların Mbappenin “Real”a mümkün keçidi barədə söhbət etdikləri ehtimal edilir.
Kilianın anası və vəkili də onlarla birlikdə olub. 23 yaşlı ulduzun yaxın günlərdə gələcək karyerası ilə bağlı qərar verəcəyi gözlənilir.
Qeyd edək ki, Parisdə 0:1 hesabı ilə uduzan “Real” evdəki 3:1 hesablı qələbə ilə 1/4 finala yüksəlib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı