Benzema: “Onunla birlikdə üçqat çox qol vurarıq”
05.04.2022 - 14:13
Benzema: “Onunla birlikdə üçqat çox qol vurarıq”

“Real”ın hücumçusu Kərim Benzema PSJ-nin forvardı Kilian Mbappenin mümkün transferini dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü həmyerlisi ilə klubda da birgə çıxış etmək arzusunu gizlətməyib.

Onun fikrincə, Mbappe ilə “kral klubu”nda qarşılıalınmaz olarlar: “Bunu tez-tez deyirəm. Mbappe ilə millidə oynamaqdan həzz alıram və onunla eyni klubda olmaq istərdim. Düşünürəm ki, birlikdə indikindən ikiqat, hətta üçqat çox qol vurarıq. Kilianla millidəki rolumuzu çox yaxşı başa düşürük. Məsələn, ikimiz də sol cinaha keçməyi xoşlayırıq, amma heç vaxt eyni anda orada olmuruq”.

Qeyd edək ki, PSJ ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Kilian Mbappenin yayda azad agent kimi “Real”a keçməsi gözlənilir.