Azərbaycan Premyer Liqasının XVII turunun rəmzi komandası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “InStat”ın təhlilinə əsasən siyahıda ən çox futbolçu ilə “Qarabağ” təmsil olunub.
“Zirə”yə 6 qol vuran ağdamlıların 6 oyunçusu rəmzi komandada yer alıb. “Neftçi”nin 3 üzvünün yer aldığı siyahıda “Səbail” iki futbolçu ilə təmsil olunub. Digər 5 komandanın heç bir oyunçusu fərqlənənlər sırasında yer almayıb.
Turunun ən yaxşı futbolçusu isə “Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubir olub. Fransız “Zirə”yə qarşı görüşdə (6:0) 90 dəqiqə meydanda olub, 1 qol, 1 məhsuldar və 3 açar ötürmə ilə yadda qalıb.
Qapıçı: Şahruddin Məhəmmədəliyev – 255 (“Qarabağ”)
Müdafiəçilər: Ailton Silva - 322 (“Qarabağ”)-6, Anton Krivotsyuk – 313 (“Neftçi”)-4, Bədavi Hüseynov - 334 (“Qarabağ”)-3, Urfan Abbasov - 244 (“Səbail”)
Yarımmüdafiəçilər: Stiven Monroz – 279 (“Neftçi”)-5, Emin Mahmudov - 296 (“Neftçi”)-2, Abdulla Zubir - 349 (“Qarabağ”)-4, Xayme Romero – 303 (“Qarabağ”)-4
Hücumçular: Mahir Emreli - 320 (“Qarabağ”)-4, Rauf Əliyev – 288 (“Səbail”)-2