İspaniya Kral Kubokunun 1/16 final mərhələsində "Unionistas"la keçirilən oyun "Real"ın hücumusu Qaret Beyl üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, ikinci hissədə zədələnərək əvəzlənən uelsli futbolçu buna qədər hesabı açaraq "kral klubu"nda ümumi qollarının sayını 105-ə çatdırıb.
O, 2013-cü ildən formasını geyindiyi madridlilərin heyətində bu saya 246 görüşdə nail olub. Bununla Beyl braziliyalı Ronaldonu geridə qoyub. "Yekədiş" "Real"ın heyətində 177 görüşdə 104 dəfə fərqlənmişdi. "Real" tarixinin bombardiri isə 438 matçda 450 qol vuran Kriştianu Ronaldodur.
Qeyd edək ki, "Unionistas" - "Real" oyunu La Liqa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı