Biletləri satışa çıxarılır - “Qarabağ” – AEL oyununun
05.08.2021 - 18:02
Avropa Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – AEL (Kipr) oyunun biletləri avqustun 6-dan satışa çıxarılacaq.
Ağdam klubundan apasport.az saytına verilən məlumata görə, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 20 və 30 manat təşkil edəcək.
COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Qeyd edək ki, “Qarabağ” AEL-i avqustun 12-də qəbul edəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
0
0