Bir il azarkeşsiz oynamaq cəzası
09.03.2022 - 13:50
Bir il azarkeşsiz oynamaq cəzası

Meksikanın “Keretaro” klubu ağır cəzaya məruz qalıb.

Apasport.az saytının məlumatına görə, adıçəkilən komanda bir il ev oyunlarını boş tribunalar önündə keçirməli olacaq.

Buna səbəb Meksika çempionatının IX turunda “Atlas”la qarşılaşmada yaşanan insidentdir. Matçın ikinci hissəsində tribunalarda və meydançadakı toqquşmalar üzündən “Keretaro”ya bir il müddətinə azarkeşsiz oyun keçirmək cəzası verilib.

Qeyd edək ki, Meksika mətbuatı hadisə nəticəsində 17 azarkeşin öldüyünü yazıb.
 

0