İtaliya A seriyasının XIV turunda “Verona” ilə qarşılaşan “İnter” 2:1 hesablı qələbə qazanıb.
Apasport.az saytının məlumatına görə, bu görüş “neradzurra” üçün əlamətdar olub.
Komanda bir təqvim ilində qol rekordunu təkrarlayıb. Antonio Kontenin yetirmələri 2020-ci ildə vurduğu ümumi qol sayını 108-ə çatdırmaqla buna nail olub. Milanlılar 1961 və 2001-ci ildə də eyni sayda qol vurub. Ancaq rekordu yeniləmək mümkün olmayacaq. Çünki komanda növbəti oyununu 2021-ci il yanvarın 3-də “Krotone”yə qarşı keçirəcək.
Qeyd edək ki, “İnter” hazırda 33 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”