Bir mövsümdə 30 qola çatanlar – Bundesliqa tarixində
04.04.2022 - 00:00
Bir mövsümdə 30 qola çatanlar – Bundesliqa tarixində

Almaniya Bundesliqası tarixində 7 futbolçu bir mövsümdə 30 qol həddinə çatmağı bacarıb.

Apasport.az saytının məlumatına görə, onlardan yalnız ikisi 1-dən artıq mövsümdə rəqib qapılarından minimum 30 top keçirib.

Ümumilikdə Bundesliqa tarixinin yalnız 13 mövsümündə hansısa futbolçu 30 qola çata bilib.

1. Uve Seeler - 1 mövsüm
1963-64 mövsümü: 30 qol

2. Lotar Emmerix - 1 mövsüm
1965-66 mövsümü: 31 qol

3. Gerd Müller - 5 mövsüm
1968/69 mövsümü: 30 qol
1969/70 mövsümü: 38 qol
1971/72 mövsümü: 40 qol
1972/73 mövsümü: 36 qol
1973/74 mövsümü: 30 qol

4. Yupp Haynkes - 1 mövsüm
1973-74 mövsümü: 30 qol

5. Diter Müller - 1 mövsüm
1976-77 mövsümü: 34 qol

6. Robert Levandovski - 5 mövsüm
2015/16 mövsümü: 30 qol
2016/17 mövsümü: 30 qol
2019/20 mövsümü: 34 qol
2020/21 mövsümü: 41 qol
2021/22 mövsümü: 31 qol

7. Pyerr-Emerik Obameyanq - 1 mövsüm
2016-17 mövsümü: 31 qol