Bir oyun azarkeşsiz keçiriləcək – Avropa Liqasında
06.03.2020 - 15:17
Avrokuboklarda daha bir oyun boş tribunalar önündə keçəcək.
Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “İnter” – “Xetafe” matçının azarkeşsiz oynanılmasına qərar verib.
Koronavirus infeksiyasının İtaliyada geniş şəkildə yayıldığını nəzərə alan qitə futbol qurumu azarkeşlərin, eləcə də futbolçuların sağlamlığını əsas tutaraq martın 12-dəki ilk görüşün azarkeşsiz keçirilməsini məqsədəuyğun bilib.
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək “Valensiya” – “Atalanta” qarşılaşmasına da azarkeş buraxılmayacaq.
0
0