Bir oyun təxirə salındı, təcili iclas çağırıldı – Premyer Liqada
13.03.2020 - 09:28
Bir oyun təxirə salındı, təcili iclas çağırıldı – Premyer Liqada

İngiltərə Premyer Liqasında bir oyun təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, XXX turun “Brayton” – “Arsenal” qarşılaşması nəzərdə tutulduğu kimi, sabah oynanılmayacaq.

Buna səbəb London klubunun baş məşqçisi Mikel Artetanın koronavirus xəstəliyinə yoluxmasıdır. “Arsenal”ın bazasının bağlandığını, ispaniyalı mütəxəssislə təmasda olan hər kəsin karantinə alındığını nəzərə alan Premyer Liqa rəhbərliyi matçın təxirə salınmasına qərar verib.

Bu gün çempionatın təşkilatçıları ilə klub nümayəndələri arasında təcili iclas keçiriləcək. Bu görüşdən sonra Premyer Liqanın bütün matçlarının təxirə salınması istisna edilmir.