Azərbaycan klublarının hələ də baxışla heyətinə lazımsız oyunçuları cəlb edib, bir o qədərini də qovduğu bir dövrdə Avropada sistemini oturtmuş aşağı səviyyəli komandalar milyonlar qazanmaqda davam edirlər.
Apasport.az saytının məlumatına görə, qitənin heç ortababları sırasında olmayan Zaqreb "Dinamo"su hər il Çempionlar Liqasının (ÇL) ən azı qrup mərhələsində iştirak edir və satdığı oyunçular hesabına büdcəsini genişləndirir.
Xorvatiya çempionu cari mövsüm ÇL-in qrupunda sonuncu yeri tutsa da, yenə "böyük beşlik" ölkələrinə oyunçu göndərməyi bacardı. 6 il əvvəl akademiyaya cəlb edilən "Barselona"nın yetirməsi Dani Olmo yüksək səviyyəli oyunu sayəsində nəhənglərin diqqət mərkəzinə düşdü. Zaqreblilər onu 30 milyon avro qarşılığında "Leypsiq"ə satdılar. Həmçinin performansdan asılı olaraq, daha 5 milyonluq bonus əldə edilə bilər.
Yaxın keçmişə diqqət yetirsək görərik ki, "Dinamo" hər il oyunçu satışından qazanc götürür. Aşağıda zaqreblilərin 2012-ci ildən bəri ən azı 5 milyon avroya satdıqları oyunçuların adlarını təqdim edəcəyik.
2012/13
Mateo Kovaçiç ("İnter") - 11 milyon avro
2013/14
Tin Edvay ("Roma") - 5 milyon
2014/15
Alen Haliloviç ("Barselona") - 5 milyon
2015/16
Yozo Şimunoviç ("Seltik") - 7,5 milyon
2016/17
Marko Pyatsa ("Yuventus) - 23 milyon
Yosip Brekalo ("Volfsburq") - 10 milyon
Marselo Brozoviç ("İnter") - 5 milyon
2017/18
Marko Roq ("Napoli") - 13,5 milyon
2018/19
Filip Benkoviç ("Lester") - 14,5 milyon
Ante Çoriç ("Roma") - 6 milyon
Borna Sosa ("Ştutqart") - 6 milyon
2019/20
Dani Olmo ("Leypsiq") - 30+5 milyon
"Dinamo" təkcə 2012-ci ildən etibarən deyil, ondan əvvəldən bəri tanınmış klubların daim diqqətdə saxladığı bir komandadır. İndi də keçmişdə ən azı 5 milyon avroya satılan oyunçulara nəzər yetirək:
1. Luka Modriç ("Tottenhem") - 21 milyon avro
2. Eduardo ("Arsenal") - 13,5 milyon
3. Vedran Çorluka ("Mançester Siti") - 13 milyon
4. Dario Şimiç ("İnter") - 11 milyon
5. İqor Biskan ("Liverpul") - 8,25 milyon
6. Deyan Lovren ("Lion") - 8 milyon
7. Boşko Balaban ("Aston Villa") - 7,8 milyon
8. Mario Mandzukiç ("Volfsburq") - 7 milyon
9. Yerko Leko ("Dinamo", Kiyev) - 5,5 milyon
10. İvitsa Oliç (MOİK, Moskva) - 5 milyon
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı