Bonuççi FIFA və UEFA-nı günahlandırdı: “Absurd sistemdir”
29.03.2022 - 09:13
Bonuççi FIFA və UEFA-nı günahlandırdı: “Absurd sistemdir”

“Biz cəmi bir oyunda uduzduq və kənarda qaldıq. Bu, absurd sistemdir”.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya millisinin müdafiəçisi Leonardo Bonuççi deyib.

DÇ-2022-nin pley-off mərhələsində Şimali Makedoniyaya məğlubiyyətə (0:1) münasibət bildirən 34 yaşlı futbolçu özlərindən çox turnirin təşkilatçıları olan FIFA və UEFA-nı günahkar hesab edib: “Dörd və ya beş oyunda məğlub olduqdan sonra dünya çempionatına vəsiqə qazanan komandalar var. Biz isə cəmi bir görüşdə uduzmağımıza baxmayaraq, gedə bilmədik. Bu, çılğınlıqdır. Aydındır ki, qaydalar bəhanə deyil. Əlbəttə, daha yaxşısını etməliydik. AVRO-2020-dən sonra bir az çaşqın olduq. Ancaq yenə də bu sistem doğru deyil”.

Qeyd edək ki, İtaliya yığması AVRO-2020-nin qalibi olmasına baxmayaraq, ardıcıl ikinci dəfə dünya çempionatından kənarda qalıb.
 

0