Böyük Britaniyanın ən yaxşı legionerləri – “30-luq”
23.05.2021 - 18:00
Böyük Britaniyanın ən yaxşı legionerləri – “30-luq”

Böyük Britaniya futbolçuları legioner həyatı yaşamağa çox maraqlı olmurlar.

Apasport.az saytının məlumatına görə, onlar adətən İngiltərə Premyer Liqasına üstünlük verirlər.

Dil problem yaşamasalar da, yeni mədəniyyətə uyğunlaşmaqda çətinlik çəkirlər. Britaniya mətbuatı da ən yaxşı 30 legionerini sıralayıb. Siyahıya 1949-1974-cü illərdə futbol oynamış uelsli Con Çarles başçılıq edir. O, “Yuventus” və “Roma”da legioner həyatı yaşayıb.

Qazanılan titullara əsasən müəyyənləşən cədvəlin ikinci pilləsində uzun müddət “Real”ın formasını geyinən digər uelsli Qaret Beyl qərarlaşıb. “Marsel”dəki çıxışı ilə məşhurlaşan ingiltərəli Kris Uoddl isə ilk “üçlüy”ü qapayır.

Böyük Britaniyanın ən yaxşı 30 legioneri:
1. Con Çarles
2. Qaret Beyl
3. Kris Uoddl
4. Kevin Kiqan
5. Stiv Makmanaman
6. Devid Bekhem
7. Qlenn Hoddl
8. Qari Lineker
9. Pol Lambert
10. Devid Platt
11. Ceydon Sanço
12. Pol İns
13. Lauri Kanningem
14. Herri Hitçens
15. Qrem Suness
16. Toni Vudkok
17. Trevor Frençis
18. Mark Hateli
19. Ouen Harqrivs
20. Maykl Ouen
21. Con Kollins
22. Stiv Arçibald
23. Eşli Yanq
24. Kiran Trippier
25. Bredli Rayt-Fillips
26. Cimmi Qrivs
27. Cude Bellingem
28. Kris Smollinq
29. Aaron Remsi
30. Mark Hyuz