Braziliya prezidenti Jair Bolsonaru A seriyasının XXV turunun “Santos” – “Qremio” matçına buraxılmayıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyası ilə bağlı tətbiq edilən qaydalar olub.
Ölkə başçısı oyunu tribunadan izləmək istəsə də, peyvənd olunmadığı üçün icazə verilməyib. Qaydalara əsasən, matçlara ancaq peyvənd sertifikatı olan tamaşaçılar buraxılır.
Dəfələrlə peyvənd və təcrid tədbirlərinə qarşı çıxan Jair Bolsonaru hadisəyə münasibət bildirib: “Peyvənd sertifikatına nə ehtiyacım var? “Santos”un matçını izləmək istədim, peyvənd olunub-olunmadığını soruşdular. Nə üçün? Peyvənd edilənlərdən daha çox antitelim var”.
Qeyd edək ki, görüş “Santos”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər