Braziliyalı futbolçular adətən nizam-intizama çox əməl etmədiklərinə və qeyri-peşəkar davranışlarına görə, karyeralarını erkən başa vururlar.
Apasport.az saytı xəbər verir ki, bunun fonunda uzun illər yaşıl meydanlarda qalmağı bacaranlar da var.
Bu yazıda Braziliyada “illərə meydan oxuyan” 6 futbolçuya yer verəcəyik ki, onlar 40 yaşı keçmələrinə baxmayaraq, hələ də karyeralarını davam etdirirlər.
Fabio
Yaşı: 41
Klubu: “Fluminense”
Mövqeyi: Qapıçı
Dəyəri: 450 min avro
2005-ci ildən “Kruzeyro”nun çərçivəsini qoruyan Fabio yanvarda komandasından ayrılıb. O, 41 yaşında “Fluminense” ilə müqavilə imzalayıb.
Andres Dalessandro
Yaşı: 40
Klubu: “İnternasional”
Mövqeyi: Yarımmüdafiəçi
Dəyəri: 50 min avro
Avropada “Volfsburq, “Portsmut” və “Saraqosa” formasını geyinən argentinalı pleymeyker ilin birinci ayında karyerası ərzində heyətində ən çox oyun keçirdiyi “İnternasional”a qayıdıb.
Nene
Yaşı: 40
Klubu: “Vasko da Qama”
Mövqeyi: Yarımmüdafiəçi
Dəyəri: 600 min avro
PSJ-dəki çıxışı ilə tanınan Nene 40 yaşı olsa da, hələ də futbol oynayır. Braziliyalı B seriyasında çıxış edən “Vasko da Qama”nın formasını geyinir.
Jailson
Yaşı: 40
Klubu: “Amerika Mineyro”
Mövqeyi: Qapıçı
Dəyəri: 200 min avro
Karyerası ərzində yalnız Braziliyada çıxış edən veteran qolkiper yeni ilə klubunu dəyişərək girib. O, “Palmeyras”dan “Amerika Mineyro”ya transfer olunub.
Rikardo Oliveyra
Yaşı: 41
Klubu: “Atletik”
Mövqeyi: Hücumçu
Dəyəri: 250 min avro
Rikardo Avrupada “Valensiya”, “Betis”, “Milan” və “Saraqosa”nın şərəfini qoruyub. 41 yaşı olmasına baxmayaraq, hələ də qollarını vurmaqda davam edir. Bir ara klubsuz qalan forvard ötən ay “Atletik”lə anlaşıb.
6. Aleksandro
Yaşı: 41
Klubu: “Primavera”
Mövqeyi: Hücumçu
Dəyəri: 325 min avro
Karyerasını Braziliyada davam etdirən daha bir veteran hücumçu. O da komandasının yeni transferlərindəndir.