Braziliyalı müdafiəçi istəyir - "Çelsi"
02.03.2020 - 22:48
Braziliyalı müdafiəçi istəyir - "Çelsi"

"Portu"nun müdafiəçisi Aleks Telleş karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, "Çelsi" 28 yaşlı sol cinah oyunçusunun transferində maraqlıdır.

"Portu" braziliyalı futbolçunu satmağın tərəfdarı olmasa da, onunla yeni müqavilənin şərtlərini razılaşdıra bilmir. Telleş 6 milyon avro maaş almaq istəyir, klub isə buna razılıq vermir. Bu üzdən oyunçunun yayda "Çelsi"yə keçmək ehtimalı heç də az deyil.

Qeyd edək ki, Aleks Telleş bu mövsüm Portuqaliya çempionatında 21 oyunda iştirak edib, 8 qol, 5 assistlə yadda qalıb.