Bərpa üçün son tarix müəyyənləşdi - A seriyasında
28.04.2020 - 14:48
İtaliya A seriyasının koronavirus pandemiyası üzündən yaranan fasilədən sonrakı bərpası üçün son tarix müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, çempionat iyunun 14-dək başlamalıdır.
A seriyası bu tarixi son bərpa günü təyin edib. Həmin tarixədək yarış bərpa olunmasa, davam etdirilmədən başa çatacaq.
Futbolçulara formalarını bərpa etmək üçün 4 həftə lazım gələcək. Lakin hələlik məşqlərə icazə verilməyib.
Qeyd edək ki, təşkilatçılar mayın 1-də ödənilməli olan telayayımla bağlı son vəsaitin daxil olmamasından da ehtiyatlanır.
0
0