Bruno Fernandeş rəsmən "Mançester Yunayted"də
29.01.2020 - 20:58
Bruno Fernandeş rəsmən "Mançester Yunayted"də

"Sportinq"in yarımmüdafiəçisi Bruno Fernandeşin "Mançester Yunayted"ə keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, "qırmızı şeytanlar" rəsmi saytı vasitəsilə bu transferi bəyan edib.

25 yaşlı orta sahə oyunçusu sabah Mançesterə yollanaraq tibbi müayinədən keçəcək, daha sonra isə 5,5 illik müqaviləyə qol çəkəcək. Transferin Portuqaliya klubuna 55+25 milyon avroluq qazanc gətirməsi gözlənilir.

Qeyd edək ki, Bruno Fernandeş "Sportinq"ə 2017-ci ildə "Sampdoriya"dan keçib.