Bundesliqa matçları da azarkeşsiz keçirilə bilər
10.03.2020 - 18:18
Bundesliqa matçları da azarkeşsiz keçirilə bilər

“Böyük beşlik” ölkələrinin daha birində çempionat oyunları azarkeşsiz keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, İtaliya A seriyası və İspaniya La Liqasından sonra Almaniya Bundesliqasında da qarşıdakı turların boş tribunalar önündə baş tutma ehtimalı yaranıb.

XXI turun “Borussiya” (Mönhenqladbax) – “Köln” qarşılaşması qasırğa səbəbdindən martın 11-də təyin olunmuşdu. İndi isə koronavirus infeksiyası ucbatından görüşün bağlı qapılar arxasında keçirilməsi qərara alınıb. Bundesliqa rəhbərliyi 13-16 martda keçiriləcək XXVI tur matçlarının azarkeşsiz oynanılmasını müzakirəyə çıxarıb.

Qeyd edək ki, belə bir qərar verilərsə, bu, aşağı liqalara da şamil ediləcək.