Almaniya Bundesliqasında 2020/21 mövsümünə yekun vurulub.
Apasport.az saytının məlumatına görə, “Bavariya”nın hücumçusu Robert Levandovski üçün son tur əlamətdar olub.
Komandasının “Auqsburq” üzərində 5:2 hesablı qələbə qazandığı qarşılaşmada son nöqtəni qoyan polşalı forvard mövsüm ərzində qollarının sayını 41-ə çatdırıb.
Bunun üçün ulduz futbolçuya 29 oyunda iştirak yetərli olub. Bununla Herd Müllerə məxsus rekordu yeniləyən Levandovski Bundesliqanın bir mövsümündə ən çox qol vuran oyunçu kimi tarixə düşüb.
Qeyd edək ki, “Bavariya” 78 xalla mövsümü zirvədə tamamlayıb. Münhen klubunun 99 qolundan 41-nə Levandovski imza atıb.
Bundesliqa tarixinə düşdü - Levandovski
22.05.2021 - 21:13
0
0