Bundesliqada istefa
10.03.2020 - 10:14
Almaniya Bundesliqasında baş məşqçi istefası gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, “Auqsburq” klubu çalışdırıcısı Martin Şmidti vəzifəsindən kənarlaşdırıb.
Buna son 9 oyunda alınan 7-ci məğlubiyyət səbəb olub. Ötən tur “Bavariya”dan alınan 0:2 hesablı yenilgi klub rəhbərliyini bu addımı atmağa vadar edib.
Qeyd edək ki, “Auqsburq” 25 turdan sonra 14-cü pillədə qərarlaşıb.
0
0