Bundesliqanın bir təqvim ilində ən çox qol vuran komandalar - SİYAHI
30.11.2021 - 14:04
Bundesliqanın bir təqvim ilində ən çox qol vuran komandalar - SİYAHI

Almaniya Bundesliqasının bir təqvim ilində ən çox qol vuran komandalarının adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya çempionatın bu mövsümdəki lideri “Bavariya” başçılıq edir.

Ötən həftəsonu “Arminiya” ilə qarşılaşmada rəqibini 1 topla üstələyən Münhen təmsilçisi 2021-ci ildə Bundesliqada vurduğu qol sayını 102-yə çatdırıb və 44 illik rekordu yeniləyib. Ona qədər isə rekord “Köln”ə məxsus idi. İlin sonuna hələ bir ay vaxt qaldığından, “Bavariya”nın bu sayı artırmaq imkanı da var.

1. “Bavariya - 102 qol (2021-ci il)
2. “Köln” - 101 (1977)
3. “Borussiya” (Mönhenqladbax) - 91 (1984)
4. “Ayntraxt” - 88 (1977)
5. “Ştutqart” - 86 (1984)
6. “Borussiya” (Dortmund) – 84 (2013)
7. “Leypsiq” - 80 (2019)