Buskets MLS-ə getməkdən imtina etdi
03.05.2022 - 16:39
Buskets MLS-ə getməkdən imtina etdi

“Barselona”nın futbolçusu Serxio Buskets MLS-dən təkliflər alıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin xidmətində Şimali Amerikanın bir neçə klubu maraqlıdır.

33 yaşlı ispaniyalı bütün təklifləri rədd edib. O, daha bir il La Liqada oynamağa qərar verib. Buskets ABŞ-dan olan təklifləri yalnız müqaviləsi başa çatandan sonra - 2023-cü ilin yayında nəzərdən keçirəcək.

Qeyd edək ki, Buskets cari mövsüm 48 oyunda 3 qol vurub.