Avropada "transfer pəncərəsi" bağlandığından, Çempionlar Liqasında (ÇL) mübarizəni davam etdirən klublar iştirak ərizələrindəki son dəyişiklikləri UEFA-ya təqdim ediblər.
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu 1/8 final mərhələsində yarışacaq komandaların heyətdəki dəyişikliklərini təqdim edib.
Dövrələrarası fasilədə futbolçular daha çox icarə əsasında klublarını dəyişirlər. Bu dəfə də istisna olmayıb. Ümumilikdə 10 nəfər icarə əsasında heyətə cəlb olunubsa, 8 oyunçu ÇL iştirakçıları tərəfindən birdəfəlik transfer edilib. Transferlər arasında "Zalsburq"u Dortmund "Borussiya"sına dəyişən Erlinq Haland xüsusi diqqət çəkir.
Bundan başqa, "Yuventus" zədəsini sağaldan Corcio Kyellinini, "Real" Marko Asensionu, "Tottenhem" isə Uqo Lyorisi pley-off üçün sifariş ediblər.
"Atalanta"
Əlavə edilənlər: Mattia Kaldara ("Milan": icarəyə), Lennart-Marten Kziborra ("Herakles"), Adrien Tameze ("Nitsa": icarəyə)
Çıxarılanlar: Andrea Masiello ("Cenoa"), Gilyerme Arana (icarə müddəti bitib), Roje İbanyes ("Roma": icarəyə), Simon Kyaer (icarə müddəti bitib), Musa Barrou ("Bolonya": icarəyə), Nikolo Kambyaci, Roberto Pikkoli, Diallo Amad Traore
"Atletiko"
Əlavə edilən: Yannik Karrasko ("Dalyan": icarəyə)
Çıxarılanlar: Mikel Karro ("Kastelyon"icarəyə), Alberto Salido ("Qetxo": icarəyə), Serjio Kamelyo, İvan Montoro, Oskar Kastro
"Barselona"
Əlavə edilənlər: Rey Manaj ("Albasete"), Serjio Akieme Rodriges, Kike Saverio
Çıxarılanlar: Karles Alena ("Betis": icarəyə), Karles Peres ("Roma": icarəyə), Abel Ruiz ("Braqa": icarəyə), Jan-Kler Todibo ("Şalke": icarəyə), Mussa Vaque ("Nitsa": icarəyə)
"Bavariya"
Əlavə edilən: Alvaro Odriozola ("Real": icarəyə)
Çıxarılan: Jan-Fyete Arp
"Çelsi"
Əlavə edilən: yoxdur
Çıxarılanlar: Mark Queyi ("Suonsi": icarəyə), Corc Makekran ("Kambur": icarəyə)
"Borussiya" (D.)
Əlavə edilənlər: Əmrə Can ("Yuventus": icarəyə), Erlinq Haland ("Zalsburq")
Çıxarılanlar: Pako Alkaser ("Vilyarreal"), Yakob Bruun Larsen ("Hoffenhaym"), Yulian Vayql ("Benfika")
"Yuventus"
Əlavə edilən: Corcio Kyellini
Çıxarılan: Merih Dəmiral
"Leypsiq"
Əlavə edilənlər: Dani Olmo ("Dinamo", Zaqreb), Anxelinyo ("Mançester Siti": icarəyə)
Çıxarılanlar: Dieqo Demme ("Napoli"), Mateus Kunya ("Herta"), Marselo Sarakki ("Qalatasaray": icarəyə)
"Liverpul"
Əlavə edilən: Takumi Minamino ("Zalsburq")
Çıxarılan: Sep van den Berq
"Lion"
Əlavə edilənlər: Karl Toko Ekambi ("Vilyarreal": icarəyə), Bruno Qomes Soareş
Çıxarılanlar: Erityer Deyonq, Umar Sole, İssiar Dram
"Mançester Siti"
Əlavə edilən: yoxdur
Çıxarılanlar: Anxelinyo ("Leypsiq: icarəyə), Yan Poveda ("Lids")
"Napoli"
Əlavə edilənlər: Dieqo Demme ("Leypsiq"), Stanislav Lobotka ("Selta"), Matteo Politano ("İnter": icarəyə)
Çıxarılanlar: Fauzi Qulam, Kevin Malkuit, Amin Yunes
PSJ
Əlavə edilən: Marçin Bulka
Çıxarılan: Erik Maksim Çupo-Motinq
"Real"
Əlavə edilən: Marko Asensio
Çıxarılanlar: Alvaro Odriozola ("Bavariya": icarəyə), Manu Ernando ("Rasinq": icarəyə), Pedro Ruiz
"Tottenhem"
Əlavə edilənlər: Stiven Berqveyn (PSV), Gedson Fernandes ("Benfika": icarəyə), Uqo Lyoris
Çıxarılanlar: Kristian Eriksen ("İnter"), Denni Rouz ("Nyukasl": icarəyə), Kayl Uolker-Peters ("Sauthempton": icarəyə), Viktor Vanyama, Troy Parrott
"Valensiya"
Əlavə edilənlər: Alessandro Florenzi ("Roma": icarəyə), Xavyer Ximenes, Kristiano Piççini
Çıxarılanlar: Ezekyel Qaray, Koba Koindredi, Yunus Musah
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı