Çalhanoğlu klubunu dəyişir
22.01.2020 - 17:16
"Milan"ın yarımmüdafiəçisi Hakan Çalhanoğlu komandasını dəyişməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, "rossonyerlər" Türkiyə millisinin üzvünün xidmətində maraqlı deyil.
İtaliya təmsilçisi Çalhanoğlu üçün gələcək təklifləri gözləyir. Onun karyerasını İngiltərədə davam etdirməsi gözlənilir. Çünki "Tottenhem" və "Arsenal" 26 yaşlı orta sahə oyunçusunu heyətinə qatmaq niyyətindədirlər.
Qeyd edək ki, Hakan Çalhanoğlunun "Milan"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
0
0