Canni de Byazi onlardan imtina etdi
09.10.2021 - 12:14
Azərbaycan millisinin bu gün İrlandiyaya qarşı keçiriləcək oyunu üçün “23-lüy”ü bəlli olub.
Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə oyunlarının hazırlığı prosesində sərəncamında 25 futbolçu olan baş məşqçi Canni de Byazi onların ikisindən imtina edib.
Bunlar Bəxtiyar Həsənalızadə və Rövlan Muradovdur. Millinin debütantları İrlandiya ilə görüşdə heyətdə olmayacaq. Onların debütü ən yaxşı halda Serbiya səfərində baş tutacaq.
Qeyd edək ki, 26 nəfərlik ilkin siyahıda yer alan Bəhlul Mustafazadə bir gün əvvəl komandadan ayrılıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0