“Son oyunla müqayisədə heyətdə müəyyən dəyişikliklər olacaq”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə oyunla bağlı danışarkən deyib.
İtaliyalı mütəxəssis sabah Belqradda baş tutacaq qarşılaşma öncəsi mətbuat konfransında fikirlərini bölüşüb: “Cəmi 3 gün əvvəl oyun keçirmişik. Daha hazırlıqlı olanlar oynayacaq. Təbii ki, daha dəqiq bugünkü son məşqdən sonra bilinəcək. Üzərimdə hər hansı təzyiq hiss etmirəm. Adətən qrupda ilk yerdə gedən komandalar təzyiq hiss edir. Bizim qrupdakı mövcud vəziyyətimiz bir qədər rahat çıxış etməyimizə zəmin yaradır”.
Baş məşqçi ilk növbədə müdafiədə sayıq oynamağın vacibliyini vurğulayıb: “Oyun ərzində elə zərbələr olur ki, dəf olunması çətindir. Öncə qapımıza çox zərbə vurmağa imkan verməməliyik. Həyatda və futbolda hər şey bir günə həll olunmur. Bunun üçün vaxt lazımdır. Doğru yolda olduğumuza inanmaq və irəliləmək lazımdır. Gənc komandamız var. Bu uşaqlardan gələcəkdə yaxşı nəticə gözləyə bilərik”.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər